İbrahim Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İbrahim Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İbrahim Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Müəllif: cavidan
//
03 Şubat 2020
//
//

İbrahim Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azərbaycan Dövlət Aqrar Universiteti təhsil alan tələbələr arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Hazırda ADAU-da aparılan məqsədyönlü işlər nəticəsində tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

ADAU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.

Azərbaycan Dövlət Aqrar Universiteti professor-müəllim heyəti rektor, professor İbrahim Cəfərov rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.


Xeberleragentliyi.com xəbər verir ki, bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görüb və bu iş indi də davam edir.

Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.

Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.

Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.
Xəbər Lenti Giriş Populyar Reklam