Sizin reklam burada
Sizin reklam burada

İzmirdə zəlzələ yeddi bala çatarsa...

İzmirdə zəlzələ yeddi bala çatarsa...

Türkiyədə “Türk Mühendis ve Mimar Odaları Birliyi”nin nəzdində olan “İnşaat Mühendisləri Odası”nın İzmir şöbəsi zəlzələ ilə bağlı hesabat açıqlayıb.

“Huriyyet.com”un məlumatına görə, Seferhisar və Balçova ərazisində yerləşən binalarda araşdırma aparılıb.

Araşdırmalara əsasən, zəlzələnin gücü yeddi bala çatarsa, İzmirdə yerləşən 670 min binadan 70 mininin dağılacağı, 30 min insanın isə həlak olacağı bildirilib.

Şöbə rəhbəri Gürkan Ərdoğan zəlzələyə qarşı tədbirlər görülərsə itki sayının azalacağını deyib:

“Şəhərin bütün ərazisi ilə bağlı məlumatımız yoxdur. Qəza vəziyyətində olan binalar qeydiyyata alınmalıdır. Vətəndaş yaşadığı binanın nə dərəcədə riskli olub-olmadığını bilməlidir. İnsan itkisi bu gündən sabaha azaldıla bilər. Əsas odur ki, bu barədə qərarlı olaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ