Türk təyyarələri İraqın şimalında PKK düşərgələrini bombalayır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türk təyyarələri İraqın şimalında PKK düşərgələrini bombalayır

Türk təyyarələri İraqın şimalında PKK düşərgələrini bombalayır

Müəllif: Anar
//
14 Ocak 2013
//
//

Türk təyyarələri İraqın şimalında PKK düşərgələrini bombalayır

İraqın şimalındakı Zap düşərgəsindən böyük bir PKK qrupunun Türkiyəyə keçməyə cəhd etməsinin aşkar olunması ilə bağlı Türkiyə hərbi-hava qüvvələri İraq ərazisində hərbi əməliyyata başlayıblar.

xeberleragentliyi.com-un CNNTürk-ə istinadən verdiyi məlumata görə, əvvəlcə kəşfiyyat xarakterli uçuşlar həyata keçirilib. Şübhələr təsdiq olunandan sonra 6 ədəd F-16 hərbi təyyarəsi, Hakkari vilayətinin Çukurcu İlçəsi üzərindən keçərək Şimali İraqda Zap, Haftanin və Metina bölgələrində aşkar edilən terror hədəflərini bombalayıblar.

Ümumilikdə indiyədək 18 hədəfin bombalandığı bildirilir. Əməliyyat digər tipli təyyarələrin də yardımı ilə davam edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam