“Darıxmayın, mən də danışacam” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Darıxmayın, mən də danışacam”

“Darıxmayın, mən də danışacam”

Müəllif: Anar
//
02 Kasım 2012
//
//

“Darıxmayın, mən də danışacam”
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, G.Əhmədovanın rüşvət videosunda adı hallanan Sevinc Babayeva sabiq deputatın bağında gizlədilib.
G.Əhmədova qəzetə açıqlamasında bu iddianı təkzib edib. Keçmiş deputat deyib ki, onun bağının harada olduğunu hamı bilir və orada S. Babayeva yoxdur.

O, YAP-dan çıxarılmaması və bunun arxasındakı “gizlinlər”lə bağlı sualı isə cavablandırmayıb: “Mən özüm uyğun bildiyim sualların birinə cavab verəcəm”.

Bu arada G. Əhmədova “Yeni Müsavat”ı da ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham edib: “Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Gülər Əhmədovanın məlum video qalmaqalı ilə bağlı cinayət işi üzrə müvafiq ekspertizalar təyin edildiyini, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları verildiyini deyib: “Eyni zamanda hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam