Sizin reklam burada
Sizin reklam burada

Milllimizə namizədlərdən daha biri bilindi

Milllimizə namizədlərdən daha biri bilindi

Milli komandamızda baş məşqçi vəzifəsinə namizədlərdən biri də Ersun Yanaldır.

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb. Hazırda "Fənərbaxça"nı çalışdıran 47 yaşlı mütəxəssisin namizədlər arasında olduğu bildirilib.


E.Yanal karyerası ərzində "Dənizlispor", "Əskişəhərspor", "Trabzonspor" kimi komandalara da rəhbərlik edib. O, 2004-2005-ci illərdə Türkiyə millisini də çalışdırıb.

Qeyd edək ki, milli komandanın baş məşqçi vəzifəsi üçün 5 namizədin də adı açıqlanmışdı. Bunlar Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici di Byaco və Çezare Prandellidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ