Gənclər Qarabağda regional ofis yaratdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gənclər Qarabağda regional ofis yaratdı

Gənclər Qarabağda regional ofis yaratdı

Müəllif: Anar
//
14 Ocak 2013
//
//

Gənclər Qarabağda regional ofis yaratdı

Bu gün Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Radə Telmanqızı yeni məkanın açılması zərurəti haqqında çıxış edib. O bildirib ki, bu məkan əsasən gənclərin ictimai tələbatını ödəmək üçün yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli təşkil etmək üçün hər bir şərait mövcuddur.
Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov yeni ofisin açılışı münasibətilə gəncləri təbrik edərək, Qarabağ bölgəsində gənclərin daha da fəal olmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi və digər rəsmilər də çıxış edərək, gənclərə hər zaman dəstək olacaqlarını bir daha bəyan ediblər.
Daha sonra qırmızı lent kəsilib və ofis qonaqlara təqdim olunub.
Qeyd edək ki, ofisdə gənclər üçün kompüter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət və s. klublar fəaliyyət göstərir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam