Sizin reklam burada
Sizin reklam burada

Bakıda silahlı şəxslər həbs edildi - FOTO

Bakıda silahlı şəxslər həbs edildi - FOTO

Belə ki, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib.

Onun idarə etdiyi "Daewoo Gentra" markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan bir ədəd "Steçkin" markalı tapança və bir ədəd pnevmatik tapança aşkar olnaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd "Makarov" markalı tapança və bir ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.

Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Bakıda silahlı şəxslər həbs edildi - FOTO
Bakıda silahlı şəxslər həbs edildi - FOTO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ