Sizin reklam burada
Sizin reklam burada

“Artım”da Fransa istehsalı olan film nümayiş olunacaq

“Artım”da Fransa istehsalı olan film nümayiş olunacaq

Yanvarın 31-də “Artım” layihə məkanında davam edən “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində “La Jetée” (Uçuş zolağı) filmi nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, ekran əsəri, məşhur sənədli film rejissoru və film-esse janrının təsisçisi fransız rejissor Kris Marker tərəfindən 1962-ci ildə çəkilib.

Xronometrajı 28 dəqiqə olan film Azərbaycan və ingilis dillərində subtitrlərlə göstəriləcək.

Ekran əsərinin izlənilməsində hər kəs iştirak edə bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ