İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı

İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı

Müəllif: cavidan
//
24 Ocak 2020
//
//

İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı

İtaliyanın Turin şəhərində təhsil alan və itkin düşmüş hesab edilən azərbaycanlı tələbə tapılıb.

Bu barədə Oxu.Az-a Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Xatırladaq ki, yanvarın 16-da Əliguşad Xıdırov adlı vətəndaş polisə müraciət edərək bildirib ki, o, İtaliyada yaşayan və təhsil alan 1996-cı il təvəllüdlü oğlu Cavidlə 10 yanvardan sonra telefon əlaqəsi qura bilmir.

Yanvarın 23-də C.Xıdırov ailəsi ilə telefon əlaqəsi yaradaraq yaxın zamanlarda evində olacağını söyləyib.

Faktla əlaqədar araşdırılma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam