Qəbələ və İsmayıllıda iki avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Qəbələ və İsmayıllıda iki avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

Qəbələ və İsmayıllıda iki avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

Müəllif: Anar
//
14 yanvar 2013
//
//

Qəbələ və İsmayıllıda iki avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun buz bağlaması avtomobil qəzalarına səbəb olub. xeberleragentliyi.com-un məlumatına görə, hadisələr ötən gecə yolun 30 və 75-ci kilometrliyində qeydə alınıb. Balakən rayon sakini, 1977-ci il təvəllüdlü Nursalov Hikmət Şəmsəddin oğlunun idarə etdiyi 90-LT-381 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və onun sərnişini 1954-cü il təvəllüdlü Məmmədova İntizar Zeynaladdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həmçinin ötən gecə Bakının Suraxanı rayon sakini, 1975-ci il təvəllüdlü Kərimov Mətləb Kamil oğlunun idarə etdiyi 99-BB-556 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam