"Prezidentin Davos Forumunda Çavuşoğlu ilə görüşü bir mesajdır"-RƏY » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Prezidentin Davos Forumunda Çavuşoğlu ilə görüşü bir mesajdır"-RƏY

"Prezidentin Davos Forumunda Çavuşoğlu ilə görüşü bir mesajdır"-RƏY

Müəllif: cavidan
//
22 Ocak 2020
//
//

"Prezidentin Davos Forumunda Çavuşoğlu ilə görüşü bir mesajdır"-RƏY


Prezident İlham Əliyev Davosda bir sıra xarici ölkələrin nümayəndələri və şirkət rəhbərləri ilə işgüzar görüşlərini davam etdirib. Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu ilə görüş - ölkələr arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafı mövzusunu açmaq üçün bir fürsətdir.

Mövzunu politoloq Elxan Şahinoğlu Sonxeber.az üçün şərh edib. O, bildirib ki, bütün platformalarda biz Türkiyə ilə strateji əməkdaşlığı və müttəfiqliyi davam etdiririk:
"İmkan olduğu zaman dövlət başçısı İlham Əliyev Türkiyə rəsmilərini müxtəlif beynəlxalq platformalarda qəbul edir. Davos İqtisadi Forumunda prezident İlham Əliyev ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüş olub və bu çox vacibdir. Çünki bu strateji müttəfiqin xarakterindən irəli gəlir. Bütün məsələlərdə eyni yanaşma, ortaq layihələr, hərbi dəstək var. Bütün bu mövzular daim gündəmdə qalmalı və mütəmadi müzakirə olunmalıdır. Bu baxımdan bu görüşü çox yüksək qiymətləndirirəm. Görünür bu il üçün iki ölkə arasında əməkdaşlığın istiqamətləri, inkişaf məsələləri yenidən bu görüşdə müzakirə olunub".
Xəbər Lenti Giriş Populyar Reklam