Sizin reklam burada
Sizin reklam burada

Mamam bilsə başımı kəsər

Mamam bilsə başımı kəsər

«O adamın adının adımla hallanmasını istəmirəm. Çünki onun səviyyəsinə enmək mənə yaraşmaz. Ağzına gələni danışır, heç nə dediyinin fərqində də deyil. Məqsədi də reklam olunmaqdır.

Güya mən ondan «Prada» markalı eynək istəmişəm, onu təhdid etmişəm, anamın adı ilə qorxuzmuşam. Gətirsin, bir sübut göstərsin. Yalandır, mamam bilsə, başımı kəsər ki, belə səviyyəsiz adamla niyə adın hallanır?»

Space” telekanalının aparıcısı Günel Hümbətova onu polislə hədələyən rejissor Zöhrab Ağayevin cavabını verib.

Günelin dediyinə görə, Zöhrab «özünü yığışdırmasa», aqibəti pis olacaq: «Bax budur deyirəm; ağzını yum, yoxsa, səhər vəkilimlə danışıb, səni məhkəməyə verəcəyəm.»

Aparıcı onu da əlavə etdi ki, bir də bu məsələ ilə bağlı onu narahat etməsinlər, suallarını layihə rəhbəri, «Soy prodakşın»ın prezidenti Oqtay Əliyevə ünvanlasınlar.

Qeyd edək ki, rejissor Zöhrab Ağayev və "Space” telekanalının aparıcısı Günel Hümbətova arasında münaqişə yaranıb.

Zöhrab Güneli onu təhdid etməkdə və rüşvət istəməkdə ittiham edib: "Günel məni təhdid edir. Bir az əvvəl polis şöbəsinə gedib, ondan şikayət yazdım. Onun mənə göndərdiyi mesajları polislərə göstərdim. O da dedi ki, mənə "Prada” markalı eynək al. Mən də 560 manat ödəyib, həmin eynəkdən aldım. Amma süjet filmlə yox, başqa bir mövzu ilə bağlı efirə verildi. Dünəndən etibarən mənə yazır ki, anam yüksək vəzifədə işləyir, səni döydürəcəyəm. Mənə hədə qorxu gəlir. Mən isə təhlükəsizliyimin qorunmasını və polislərdən kömək istədim”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ