Sizin reklam burada
Sizin reklam burada

İran “qara qutu”nu çözmək üçün Fransa və ABŞ-dan cihaz istəyib

İran “qara qutu”nu çözmək üçün Fransa və ABŞ-dan cihaz istəyib
İran hökuməti bu il yanvarın 8-də Tehran yaxınlığında vurulan Ukrayna sərnişin təyyarəsinin "qara qutu”sunu çözmək üçün Fransa və ABŞ-dan müvafiq cihazlar istəyib.

"Report” "Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Belə ki, "qara qutu”nun məlumatlarını oxumaq üçün lazımi avadanlığa malik olmayan İran Mülki Aviasiya Təşkilatı (CAO.İRİ) bununla bağlı Fransanın BEA qəza agentliyinə və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinə müraciət edib. Hələlik bu müraciətə müsbət cavab verilməyib.

Bununla yanaşı, CAO.İRİ apardığı araşdırma zamanı Ukrayna təyyarəsinin iki ədəd "Tor-M1” raketilə vurulduğunun aşkarlanması barədə də açıqlama yayıb.
Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları”na məxsis "Boeing 737-800” tipli sərnişin təyyarəsi bu il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğramış, nəticədə təyyarənin heyəti və sərnişinlərin hamısı - 176 nəfər həlak olmuşdu. İran İslam İnqilabı Keşikçiləri Korpusu təyyarəni səhvən vurduğunu açıqlamışdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ