Sizin reklam burada
Sizin reklam burada

Qızımın model olmağına icazə verməyəcəm

Qızımın model olmağına icazə verməyəcəm

“Miss Azerbaijan” müsabiqəsinin iştirakçılarından olan Minarə Allahverdiyeva yarışmaya qatılmağından danışıb.

Model açıqlamasında bildirib ki, bu peşənin onun üçün ikinci yerdə dayandığını deyib:

“Modellik mənim üçün həvəsdir. Əslində öz biznesimlə məşğulam. Mənim üçün vacib olan qızım və işimdir. “Miss Azerbaijan” yarışmasına dostlarımın təkidi ilə qatıldım və finala qaldım. Hazırda məşqlər gedir. İşlərimin çoxluğundan hazırlıqlara tez-tez qatıla bilmirəm” deyən Minarə Azerbaycanda model biznesinə birmənalı yanaşmır:

“Bizdə modelliyə qeyri-ciddi peşə kimi baxırlar. Bu işlə istədiyin kimi məşğul ola bilmirsən. Əgər nə vaxtsa bizdədə model biznesi xaricdəki səviyyəyə qalxarsa, onda mən də bu işlə ciddi məşğul olaram. Əgər qızım gələcəkdə model olmaq istəsə, icazə verməyəcəm. O, dizayner və rəssam olacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ