Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb

Müəllif: Anar
//
13 Ocak 2013
//
//

OXUNUB:294
Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb. xeberleragentliyi.com-un FHN rəsmi saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat stansiyasında dəmiryolu qəzası baş verib. Məlumatda qeyd olunur ki, Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxıb və onlardan 3-ü aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-nin məlumatında həmçinin qeyd olunur ki, aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub.

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir. Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam