Sizin reklam burada
Sizin reklam burada

İranda ingilis səfir “persona non grata” elan edildi, fotosu yandırıldı

İranda ingilis səfir “persona non grata” elan edildi, fotosu yandırıldı
İran hökuməti Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makeranı “arzuedilməz şəxs” (“persona non qrata”) elan edib.

Xeberleragentliyi.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” agentliyi məlumat yayıb.

“İran yanvarın 14-də İngiltərənin Tehrandakı səfirini “persona non grata” elan etdi və hökumət əleyhinə sonuncu etirazlarda ehtimal olunan rolu səbəbiylə ölkədən xaric edilməsini istədi”, - deyə məlumatda vurğulanıb.


Məhkəmə rəsmilərindən biri Qulamhüseyn Esmail diplomatı İranın daxili işlərinə qarışmaqda günahlandıraraq onun ölkədən çıxarılmasını tələb edib.

“Beynəlxalq qanunlara görə, belə bir şəxs “persona non grata” hesab olunur. İnsanlar bu şəxsin deportasiya olunacağını gözləyirlər və beynəlxalq hüququn tələb etdiyi də budur”, - deyə Esmail bildirib.

“NBC”nin müxbiri Əli Aruzi öz tvitter mikrobloqunda ingilis səfirin fotosunun Tehran Universitetinin qarşısında yandırıldığına dair məlumat paylaşıb.

“İngilis səfir etiraz mitinqi zamanı qısa müddətə tutulandan sonra İranla İngiltərə arasında diplomatik mübahisə davam edir. Məhkəmə spikeri deyir ki, səfir beynəlxalq qanunlara hörmət etməyib və İranda “arzuedilməz şəxs” sayıldığı üçün ölkədən çıxarılmalıdır”, - deyə jurnalist yazıb.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Bundan sonra İranda etiraz aksiyaları keçirilir.
İranda ingilis səfir “persona non grata” elan edildi, fotosu yandırıldı


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ