Hacıqabulda qatar qəzası baş verdi 5 sistern aşıb, 3-ü yanıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Hacıqabulda qatar qəzası baş verdi 5 sistern aşıb, 3-ü yanıb

Hacıqabulda qatar qəzası baş verdi 5 sistern aşıb, 3-ü yanıb

Müəllif: Anar
//
13 yanvar 2013
//
//

Hacıqabulda qatar qəzası baş  verdi 5 sistern aşıb, 3-ü yanıb

Yanvarın 12-də saat 22.30 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində Gürcüstan istiqamətində hərəkət edən 40 vaqondan ibarət yük qatarının xam neftlə dolu 5 sisterni relsdən çıxaraq aşıb. Sisternlərdən 3-ü yanmağa başlayıb. Güclü alov bir neçə metr hündürlüyə qalxıb. Hadisə yerinə ümumilikdə 25-ə yaxın yanğınsöndürən maşın cəlb olunub.

Yanğın saat 02.23-də yanğınsöndürənlər tərəfindən söndürülüb

***
01:48
Yanvarın 12-də saat 22.30 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində Gürcüstan istiqamətində hərəkət edən 40 vaqondan ibarət yük qatarının xam neftlə dolu 5 sisterni relsdən çıxaraq aşıb.


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında qeyd edib ki, yük qatarı Azərbaycanın Səngəçal neft terminallından Gürcüstanın Batumi limanına hərəkət edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi qeyd edib ki, hadisə baş verəndən sonra dəmir yolunda bu marşrutla hərəkət edən sərnişin qatarı olmayıb. Onun sözlərinə görə, səhər saatlarına kimi bu xətlə sərnişin qatarlarının hərəkəti nəzərdə tutulmayıb. Qurban Nəzirov qeyd edib ki, səhərə qədər qəza baş verən dəmir yolu xətti tam bərpa olunacaq.

Qeyd edək ki, təhlükəsizlik baxımından, hadisə yerinə yaxın olan evlərin sakinləri təxliyə olunublar.
***
00.42

Hacıqabul rayonunun Pirsaat qəsəbəsində Gürcüstan istiqamətində hərəkət edən 40 vaqondan ibarət yük qatarının xam neftlə dolu 5 sisterni relsdən çıxaraq aşıb. Sisternlərdən 4-ü yanmağa başlayıb. Güclü alov bir neçə metr hündürlüyə qalxıb.

Hadisə yerinə Şirvan, Hacıqabul Rayon Yanğından Mühafizə Hissələrindən və Bakıdan ümumilikdə 25-ə yaxın yanğınsöndürən maşın cəlb olunub. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov da hadisə yerindədirlər.

Hadisə ilə bağlı Qazax, Gəncə, Gürcüstan və əks istiqamətdə dəmir yolunda hərəkət dayanıb.

Hadisə yerində güclü yanğın davam edir.
Xəbər Lenti Giriş Populyar Reklam