Azərbaycan nefti bahalaşıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Müəllif: cavidan
//
13 Ocak 2020
//
//

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68.53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.23 dollar/barel çoxdur.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66.95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59.68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66.43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0.04 dollar/barel çoxdur.
Xəbər Lenti Giriş Populyar Reklam