Sizin reklam burada
Sizin reklam burada

Yeni il gecəsi Pərvinlə olan modeldən intihar mesajı

Yeni il gecəsi Pərvinlə olan modeldən intihar mesajı

Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis-leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayevin dünyasını dəyişməsi hadisəsi ilə gündəmə gələn model Səmra Hüseynova paylaşımları ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, Səmra baş verən olaydan sonra İnstaqram hesabını bağlayıb. Bir neçə gündür isə o, profilini açıq edərək depressiv paylaşımlar etməyə başlayıb.

"Tez-tez kömək etmək istəyib, amma bacarmamaqdan yoruldum. Məni izləyən qara kölgədən bezdim. Amma hər şeydən çox acıdan yoruldum. Ağrı çoxdur... Ona son qoya bilsəm, yaşamaq istəyərəm. Amma bacarmıram" - deyə Səmra qeyd edib.

Model daha sonra ona yazılan şərhlərə cavab olaraq "Bəs Allah yolunda intihar etsən? O da günahdır?" sözlərini yazıb.

Qeyd edək ki, Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları Yeni il bayramını Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər.

Yeni il gecəsi başa çatdıqdan sonra gənc Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.

Yeni il gecəsi Pərvinlə olan modeldən intihar mesajı
Yeni il gecəsi Pərvinlə olan modeldən intihar mesajı
Yeni il gecəsi Pərvinlə olan modeldən intihar mesajı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ