Sizin reklam burada
Sizin reklam burada

“Azyaşlının öldürülməsi ilə bağlı cinayət işi dövlət başçısının xüsusi nəzarətindədir” - Zakir Qaralov

“Azyaşlının öldürülməsi ilə bağlı cinayət işi dövlət başçısının xüsusi nəzarətindədir” - Zakir Qaralov

Qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilmələri ilə bağlı tapşırıqlar verilib



Baş prokuror Zakir Qaralov Tovuz rayonundakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.



Belə ki, müşavirədə dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ