Sizin reklam burada
Sizin reklam burada

Əfqanıstanın sabiq vitse-prezidenti Prezident İlham Əliyevi təbrik edib

Əfqanıstanın sabiq vitse-prezidenti Prezident İlham Əliyevi təbrik edib

Əfqanıstanın sabiq vitse-prezidenti Kərim Xəlili Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident. Doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırır, müdrik rəhbərliyinizlə Azərbaycanda inkişaf və innovasiyanın davam etməsini arzulayıram.

Ötən yeddi ildə Bakı Qlobal Forumu vasitəsilə sülh quruculuğu sahəsində əldə etdiyiniz uğurlara görə Sizi təbrik edirəm və gələcəkdə bu sahədə görəcəyiniz işləri səbirsizliklə gözləyirəm. Yeni ilin Sizə cansağlığı, xoşbəxtlik və uğurlar gətirməsini diləyirəm".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ