Tanınmış şair vəfat etdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi

Müəllif: Anar
//
12 yanvar 2013
//
//

Tanınmış şair vəfat etdi

Tanınmış el sənətkarlarından olan Alqayıt vəfat edib. xeberleragentliyi.com-a verilən xəbərə görə,73 yaşlı şair Alqayıt bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib. Mərhum sabah dəfn olunacaq. Qeyd edək ki, ötən dəfə şairin həyat yoldaşı 72 yaşlı Siyaf Xəlilovanın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini haqqında xəbər yazmışdıq. Yanvarın 14-də isə Siyaf Xəlilovanın 40 mərasimidir.
Xəlilov Alqayıt Bayram oğlu 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Alqayıt orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olub. 1967-ci ildə həmin institutun "Dil və ədəbiyyat" şöbəsini bitirib.
1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik edib. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunub.1974-cü ilə qədər orada fəaliyyət göstərib.
1974-cü ildə yenidən Göyçə mahalına qayıdıb. Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979 -cu ildən Göygöl rayonunda məskunlaşmış,Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərib.
Onun “Qalx ayağa, Azərbaycan" "Yaralı qartal", "Hərbi nəşriyyat", "Seyid Bayram ocağı" "Analı dünyam", "Hərbi nəşriyyat" və digər şeir kitabları var.
Allah rəhmət eləsin
Xəbər Lenti Giriş Populyar Reklam