AZƏRTAC-ın fotomüxbiri beynəlxalq festivalda qızıl medala layiq görülüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » AZƏRTAC-ın fotomüxbiri beynəlxalq festivalda qızıl medala layiq görülüb

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq festivalda qızıl medala layiq görülüb

Müəllif: cavidan
//
08 Ocak 2020
//
//

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq festivalda qızıl medala layiq görülüb

Nepalda keçirilmiş beynəlxalq fotofestivalda AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov “1ST NEPAL PHOTO FESTIVAL – 2019” qızıl medalına layiq görülüb. Müəllifə uğur gətirən “Emosiyalar” adlı fotoşəkil 2016-cı ildə Braziliyada keçirilmiş Paralimpiya Oyunlarında çəkilib.

AZƏRTAC xəbər verir ki, həmin fotoşəkildə paralimpiyaçı üzgüçü qızların fəxri kürsüdə dayandığı an qeydə alınıb.

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilən fotofestivala dünyanın 37 ölkəsindən 150-dən çox müəllifin işləri təqdim edilib. Onu da qeyd edək ki, bu fotoşəkil həm də festivalın “Ən yaxşı emosiyalar” nominasiyasında mükafata layiq görülüb.
Xəbər Lenti Giriş Populyar Reklam