“Windows 7” əməliyyat sisteminin fəaliyyəti dayandırılır - Putin də istifadə edir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Windows 7” əməliyyat sisteminin fəaliyyəti dayandırılır - Putin də istifadə edir

“Windows 7” əməliyyat sisteminin fəaliyyəti dayandırılır - Putin də istifadə edir

Müəllif: cavidan
//
04 Ocak 2020
//
//

“Windows 7” əməliyyat sisteminin fəaliyyəti dayandırılır - Putin də istifadə edir

“Microsoft” şirkəti yanvarın 14-dən sonra “Windows 7” əməliyyat sisteminin fəaliyyətini dayandıracaq.

RİA-nın verdiyi xəbərə görə, şirkət tərəfindən ictimaiyyətə verilən açıqlamada on gün ərzində əməliyyat sistemini yeniləmələri tövsiyə olunur.

Çünki artıq 10 ildir işləyən “Windows 7” yanvarın 14-dən sonra “Microsoft” tərəfindən dəstəklənməyəcək. Yəni bu əməliyyat sistemi artıq yenilənməyəcək və təhlükəsizlik tədbirlərinə cavab verməyəcək.

Məlumata görə, “Windows 7” əməliyyat sistemi masaüstü fərdi kompüterlərin 40 faizində quraşdırılıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabr ayının ortalarında iş otağından yayılan fotosunda onun kompüterində hələ də “Windows 7” əməliyyat sisteminin olduğu diqqət çəkmişdi.
Xəbər Lenti Giriş Populyar Reklam