Sizin reklam burada
Sizin reklam burada

Türkiyə regionda artmaqda olan ABŞ-İran gərginliyindən narahatdır

Türkiyə regionda artmaqda olan ABŞ-İran gərginliyindən narahatdır

Regionda artmaqda olan ABŞ-İran gərginliyindən dərin narahatlıq keçiririk.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İran generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı yaydığı açıqlamada bildirilib.

“Xüsusilə İraqın münaqişə zonasına çevrilməsinin həm İraqın, həm də regionun sülh və sabitliyinə zərər vuracağı xəbərdarlığını təkrar vurğulayırıq. İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaniyə qarşı bu gün səhər saatlarında ABŞ hərbi qüvvələrinin Bağdadda həyata keçirtdiyi əməliyyat regionda inamsızlığı artıracaq”, - açıqlamada qeyd olunub.

Açıqlamada regionda sabitliyi təhdid edən bu kimi addımlardan bütün tərəflərin zərər görəcəyi də vurğulanıb: “Türkiyə regionda xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi münaqişələrə hər zaman qarşı olub. Buna görə də bütün tərəfləri bölgəmizin sülh və sabitliyini təhlükəyə atacaq birtərəfli addımlardan çəkinməyə və diplomatik yollara üstünlük verməyə dəvət edirik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ