Təbii qazın yeni qiyməti qüvvəyə minib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Təbii qazın yeni qiyməti qüvvəyə minib

Təbii qazın yeni qiyməti qüvvəyə minib

Müəllif: cavidan
//
03 Ocak 2020
//
//

Təbii qazın yeni qiyməti qüvvəyə minib.

Bu gündən Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib.
Trend bildirir ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub m × 20 qəpik olmaqla həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, ölkə üzrə bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.

Trend
Xəbər Lenti Giriş Populyar Reklam