Yanacaqdoldurma məntəqəsinə SİLAHLI HÜCUM: 6 ölü, 5 yaralı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yanacaqdoldurma məntəqəsinə SİLAHLI HÜCUM: 6 ölü, 5 yaralı

Yanacaqdoldurma məntəqəsinə SİLAHLI HÜCUM: 6 ölü, 5 yaralı

Müəllif: cavidan
//
29 Aralık 2019
//
//

Yanacaqdoldurma məntəqəsinə SİLAHLI HÜCUM: 6 ölü, 5 yaralı

Meksikanın Quanaxuato ştatında naməlum silahlılar yanacaqdoldurma məntəqəsinə hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlılar Urianqato rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində insanlara atəş açıblar.


Məlumata əsasən, silahlı insident nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Bildrilir ki, naməlum silahlılar hadisə yerindən qaçıblar. Yaralananlar xəstəxanalara çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.
Xəbər Lenti Giriş Populyar Reklam