ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.

ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.

Müəllif: cavidan
//
28 Aralık 2019
//
//

ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.



Dekabrın 27-də ADPU-nun Quba filialının Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası Elmi Şuranın katibi Sevinc Babaşova açaraq iclasın gündəliyini səsləndirib. Daha sonra Elmi Şuranın sədri dosent Yusif Alıyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə koılektivi bir daha təbrik edərək, gündəlikdə duran məsələlərin aktuallığı ilə əlaqədar səsvermə keçirib.
Gündəlikdə duran I məsələ, 2019/2020-ci tədris ilinin payız semestrinə hazırlığın vəziyyəti ilə əlaqədar olaraq filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov məruzə edib, hazırlığın qənaətbəxş olduğu məlumatlar əsasında təsdiqlənib.
Daha sonra gündəlikdə duran II məsələ, 2019-cu təqvim ilində elmi-tədqiqat işlərinin yekunları məsələsi ilə bağlı kafedra müdirləri dosent Gülşən Ağabəy, dosent Güləddin Həmzəyev, tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov çıxış edərək ətraflı və geniş məlumat verdilər.
Gündəlikdə duran III məsələ, Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilən tədbirlər haqqında filialın THİK sədri Aygün Şıxbabayeva, TGT sədri Həcər Seyidəhmədova məlumat verdilər, bildirdilər ki, son 4 ay ərzində filialın tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə filialda yaradılan xüsusi təyinatlı klubların fəaliyyəti güclənib, tələbələrin yaradıcı işləri, istedadı üzə çıxarılıb, müxtəlif yarışmalarda nəticələr əldə edilib. Dekabr ayı müddətində olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması və adlı təqaüdlərin təsis edilməsi də tələbələrin həvəsləndirilməsi, tədrisə motivasiyası üçün filial rəhbərliyi tərəfindən yerində verilmiş ideya idi.
Cari məsələlər ilə əlaqədar çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirdi ki, filialda görülən işlər göz qabağındadır. İmtahan prosesi tələbə nailiyyətlərinin obyektiv qiymətləndirilməsi üçün vacibdir və bu prosesin zamanın tələblərinə uyğun, şəffaf, obyektiv aparılması bizim ən vacib işimizdir. Tələbələr artıq semestrin əvvəlindən anlayırlar ki, imtahanların yeganə meyarı bilikdir.
Sonda əməkdaşların fikir və təklifləri müzakirə olunaraq Elmi Şuranın iclasına yekun vurulub.

Cavidan Orucov

ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.
Xəbər Lenti Giriş Populyar Reklam