Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Müəllif: cavidan
//
26 Aralık 2019
//
//

Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası ilə əlaqədar tələbələrlə görüş keçirilib. Yanvarın 7-dən 31-dək davam edəcək sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı və zəruri hallarda şifahi formada keçiriləcək.

Aİİ rektoru Ceyhun Məmmədov imtahanlardan əvvəl tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub, gənclərin biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. İmtahan cavablarının müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəyi diqqətə çatdırılıb.

Rektor tələbələri narahat edən məsələlərlə maraqlanıb, onların imtahan sessiyasını uğurla adlayacaqlarına inandığını ifadə edib. C.Məmmədov tələbələrə sessiya günlərində imtahanların gedişatını şəxsən izləyəcəyini, hər hansı problem yaranacağı təqdirdə, ona müraciət edə biləcəklərini bildirib.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrə imtahanlarda uğurlar arzulayıb. Onları imtahan prosesində fəal iştiraka, yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərməyə dəvət edib. M.Mürsəlov gənclərə öz tövsiyələrini verərək bildirib ki, imtahan gedən zaman biliklərindən maksimum yararlanaraq, mövzunu tam əhatə etməyə səy göstərsinlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili payız semestrinin imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə tənzimləyici əmr imzalanıb.

Bakı şəhəri 26 dekabr 2019-cu il


Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
Xəbər Lenti Giriş Populyar Reklam