«Geni dəyişdirilmiş məhsulların gətirilməsinə ehtiyac yoxdur» » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » «Geni dəyişdirilmiş məhsulların gətirilməsinə ehtiyac yoxdur»

«Geni dəyişdirilmiş məhsulların gətirilməsinə ehtiyac yoxdur»

Müəllif: Kürsüm
//
11 Ocak 2013
//
//

«Geni dəyişdirilmiş məhsulların gətirilməsinə ehtiyac yoxdur»

«Mən ümumiyyətlə geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsinin qəti əleyhinəyəm”

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov verib.

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları ən keyfiyyətli məhsullar sayılır: "Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti əvəzolunmazdır, xüsusilə meyvə-tərəvəzi qeyd edə bilərəm”.

Nazir bildirib ki, buna səbəb ölkədə iqlim qurşaqlarının çox olması və münbit iqlimin olmasıdır: "Digər səbəb isə yerli fermerlərin gübrələrdən az istifadə etməsidir. Belə ki, Azərbaycanda gübrəyə tələbat ildə 1 milyon tona yaxın olsa da, reallıqda bunun cəmi 10 faizinə qədəri, yəni 100 min tona yaxın gübrə istehsal olunur. Nəticədə bu məhsuldarlığı aşağı salsa da, məhsulların ekoloji təmizliyinə səbəb olur. Çünki ona kimyəvi maddələr vurulmur”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam