“Əlimdə bunu sübut edəcək materiallar var” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Əlimdə bunu sübut edəcək materiallar var”

“Əlimdə bunu sübut edəcək materiallar var”

Müəllif: Anar
//
11 Ocak 2013
//
//

“Əlimdə bunu sübut edəcək materiallar var”

Bu barədə açıqlama verən G. Əhmədova qeyd edib ki, Ramin Nağının təxribat xarakterli bəyanatları sonunda onun özünə qarşı çevriləcək: “O unutmasın ki, həmin şəxslər və o özü bundan mənə qarşı şantaj kimi istifadə ediblər. Mənim əlimdə bunu sübut edəcək materiallar var. Bütün materialları istintaqa təqdim edəcəyəm. Ramin Nağını bu hərəkətlərinə son qoymağa çağırıram. Mən bəzi insanlar kimi əlimdə olan materialları mətbuata ötürüb, ucuz şou yaradaraq populyarlıq qazanmaq istəyində deyiləm. Mənim buna ehtiyacım da yoxdur. Ramin Nağıya və sağa-sola yalanlarla dolu məlumatlar ötürən bütün şəxslərə səslənirəm - Siz məndən alət kimi istifadə edərək Azərbaycan dövlətçiliyinə və onun imicinə zərbə vura bilməyəcəksiniz. Hər şeydən öncə dövlətini sevən və onun müstəqilliyini qorumağa hazır olan bir şəxs kimi bütün hallarda sizin bu təxribatlarınızın qarşısını alacam. İctimai fikri çaşdırmaq, istintaqın gedişatına təsir göstərmək cəhdləriniz uğursuzdur. Çünki sizin hər bir populist çıxışınıza mən hüquqi müstəvidə cavab verəcəyəm”.

Qeyd edək ki, R.Nağı mətbuata açıqlama verərək Gülər Əhmədovanın Elşad Abdullayevin onun barəsində yaydığı videomateriallarla bağlı saxta ekspert rəyi almağa çalışdığını bildirib. R.Nağının dediyinə görə, bu məqsədlə G.Əhmədovanın tanışı Sara Heydərova Moskvaya gedib: “Sara Heydərova bu işdə rəhmətlik atası, KQB-nin keçmiş əməkdaşı Rövşən Heydərovun əlaqələrindən istifadə etməyə çalışır. Mən əminəm ki, Sevinc Babayevanın ölümü ilə bağlı da belə ekspertiza rəyi alacaqlar”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam