Sizin reklam burada
Sizin reklam burada

“Məleykə Əsədova müğənni deyil, İlhamə Quliyevanın da qadağaya ixtiyarı yoxdur”

“Məleykə Əsədova müğənni deyil, İlhamə Quliyevanın da qadağaya ixtiyarı yoxdur”

Bəstəkar Elçin İmanov qalmaqal yaradacaq açıqlamalar verib. xeberleragentliyi.com-a açıqlama verən bəstəkar bildirib ki, Azərbaycan şou-biznesində heç kimin ixtiyarı yoxdur ki, özü ifa etdiyi mahnıya qadağa qoysun.

“ Bu yaxınlarda eşitmişəm ki, xalq artisti İlhamə Quliyeva bir zamanlar ifa etdiyi mahnısını Məleykə Əsədovanın oxumasından şikayətçidir. Bir tərəfdən baxanda İlhamə xanım haqlıdır. Çünki, Məleykə müğənni deyil. Digər tərəfdən isə haqlı deyil. Ona görə ki, o mahnı bəstəkar Faiq Sücəddinovundur. Qadağa da yalnız bəstəkara məxsusdur. İlhamə Quliyevanın ixtiyarı yoxdur mahnıya qadağa qoysun” - deyə bəstəkar bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ