Zəhmətdən yoğrulan müəllimin ömrü! » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Zəhmətdən yoğrulan müəllimin ömrü!

Zəhmətdən yoğrulan müəllimin ömrü!

Müəllif: cavidan
//
16 Aralık 2019
//
//

Zəhmətdən yoğrulan müəllimin ömrü!


O insan xoşbəxtdir ki, həyatı boyu onunla birlikdə “addımlayan” sevimli peşəsi var. Peşə seçimi insan həyatında onun qəbul etdiyi, bəlkə də mühüm addımlardan biridir. Çünki hər bir insanın gələcək taleyi bilavasitə onun seçdiyi peşə ilə sıx bağlıdır. Insan ona verilmiş ömür payını məhz seçdiyi peşə ilə mənalı, unudulmaz, yaddaqalan, hətta təkrarsız, bənzərsiz də edə bilər. Peşə seçimi hər zaman insanın düşdüyü mühitdən, onu əhatə edən insanların təsirindən, həmçinin özünün daxili arzularından baş qaldıran bir istəkdən yaranır. Böyük şəxsiyyətlərin, tanınmış ziyalıların bir çoxunun həyatına nəzər saldıqda məlum olur ki, onların böyük əksəriyyəti müəlliminin, bir qismi siə valideyinlərinin yolunun davamçısı kimi həyatda özünə peşə, sənət seçmişlər. Bu da təbii haldır. Çünki, insanı düşdüyü mühit formalaşdırır. Bəzən deyirlər, həkimin övladı həkimlik, müəllimin övladı isə müəllimlik peşəsini seçərək yolunu davam etdirir. Hətta bir çox tanınmış insanların nəsil səcərəsində də ailə yolununn davamçıları az deyildir. Lakin, elə insanlar da var ki. onların özlərinin qəlbinin dərinliklərində gizli arzuları, hər kəsə sirr olan məşğuliyyət istiqamətləri vardır. Onların peşə seçimi, necə deyərlər, gendən gəlmir. Belə insanlar İlahi varlığın bəxş etdiyi istedadın gücü, qüvvəsi ilə ucalır, tanınır, ad- san sahibi olurlar.
Elə Bakı şəhəri Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi və məktəbin ibtidai siniflər üzrə direktor müavini Elfira Nurullayeva kimi.
Sabahımızın parlaq qurucularının təlim və tərbiyəsi müəllimdən gərgin əmək, səbir, təmkin və qayğı ilə işləməyi, şagirdin ürək döyüntülərini duymağı, bir sözlə, uşaqların qəlbində özünün mənəvi heykəlini ucalda bilməyi tələb edir. Məhz belə keyfiyyətlərə malik olan bu fədakar müəllim yüksək savadı, pedaqoji ustalığı, fəal ictimaiyyətçi olması, mədəni davranışı ilə kollektivdə böyük nüfuz qazanmışdır. O, hər bir mövzunu şagirdlərə dərindən mənimsətmək məqsədi ilə yeni yollar axtarır, tədris üsulunu daha da təkmilləşdirməyə səy göstərir.Dərs saatının hər bir dəqiqəsindən səmərəli istifadə edir, əyaniliyə geniş yer verir, dərsin çox hissəsini yeni mövzunun izahına ayırır, bu və ya digər məsələni şagirdlərin şüurlu surətdə mənimsəmələrinə, bununla da şagirdlərini fəallaşdırmağa çalışır. Ev tapşırıqlarının üzərində şagirdlərin müstəqil işləməsini təşkil etməklə qarşısına bir çox məqsəd və vəzifələr qoyur.
Elfira müəllimin dərsləri maraqlı və canlı keçir, şagirdlərin boş vaxt keçirməyə imkanı qalmır. Uşaqlar birinci sinifdən müstəqil olaraq əməl nəticələrini və hesablama üsullarını, ədədləri müqayisə etməyi bacarır, toplama və çıxma əməli komponentləri tanıyırlar. O, hər bir mövzunu şagirdlərə dərindən mənimsətmək məqsədilə yeni yollar axtarır, tədris üsulunu daha da genişləndirməyə səy göstərir. Dərs saatının hər bir dəqiqsindən səmərəli istifadə edir, əyaniliyiə geniş yer verir, dərsin çxo hissəsini yeni mözunun izahına ayırır. Ev tapşırıqlarının üzərində şagirdlərin müstəqil işləməsini təşkil etməklə qarşısında bir çox məqsəd və vəzifələr qoyur.
Məktəb işinə yaxşı bələd olan, yüksək təcrübəyə malik, qayğıkeş müəllimlərlə, tərbiyəçilərlə, təlim və tərbiyə işini günün tələbləri səviyyəsində elmi şəkildə qura bilən, yüksək keyfiyyətlərə malik olan məktəbin direktoru Ceyran Novruzovanın hər göstərişi pedaqoji kollektiv arasında ruh yüksəkliyinə, canlanmaya səbəb olur. Ona görə də bütün müəllimlər kimi, Elfira müəllim də rəhbərliyin hər bir tapşırığını yaradıcılıqla həyata keçirir. O, şagirdlərə keyfiyyətli və səmərəli dərs öyrətməklə yanaşı, vaxt itkisi məsələsinə də ciddi yanaşır. Bu məqsədlə tövsiyə edir ki, vaxtı düzgün bölüşdürmək, çalışmaq üçün ən əlverişli şərait yaratmaq, məşğələlər üçün kitabları düzgün seçmək, qüvvə və vaxta qənaət etmək, zəruri vəsait və göstərişlərə malik olmaq lazımdır. Ifadəli nitqin inkişafı üçün öyrətdiyi hekayə və şeirlərdə şagirdlərin ideya-siyasi tərbiyəsi məsələsini də unutmayan Elfira müəllimin çəkdiyi zəhməti hədər getmir. Dərs dediyi sinfin şagirdləri Azərbaycan dilində ifadəli şeirlər deyir, nağıllar söyləyir, mövzu ilə əlaqədar olaraq hissə və həyəcanlarını da bildirirlər. Onların söz ehiyatı günü –gündən zənginləşir.
Nəvəm Həmidə də bu məktəbdə təhsil alır, odur ki, onun məktəbi ilə maraqlanıb, müəyyən bilgilər əldə etmişəm. Onu qiyabi olaraq tanımışam. Necə hazırlıqlı müəllim olduğunu bilmişəm. Çünki özüm müəllim olmuşam. 45 il pedaqoji staja malikəm.
Hər məktəbdə müxtəlif xarakterli uşaqlar təhsil alır. Bəziləri riyaziyyatı, bəziləri ədəbiyyatı bəziləri də həyat bilgisini sevirlər. Maraqlısı budur ki, onların hamısı Elfira müəllimin istəklisidir, ona hörmət edirlər, çünki sevimli müəllimləri şagirdlərinin qəlbinə yol tapa bilib. O, dərs zamanı bütün sinfi fəallaşdırır. Şagirdlərin bilik və bacarıqlarını düzgün qiymətləndirir. Elfira müəllim təhsilimizin gələcəyinə böyük ümidlər bəsləyir. Gələcəyə nikbin gözlə baxan müəllim gənc –nəslin təlim tərbiyəsində əlindən gələni əsirgəmir. Elfira müəllim, həmçinin yenilikçi müəllim kimi tanınır. Müəllim kurikulumla dərs deyən müəllimlərə də bu yenilikləri öyrədir. O, həm də “Öyrənənlərin öyrədənidir”. Kurslarda trenir kimi iştirak edir.
Zəhmətdən yoğrulan müəllim ömür yaşayan böyük bir işin öhdəsindən layiqincə gələn sevimli və qayğıkeş Elfira müəllimə yeni –yeni nailiyyətlər, möhkəm cansağlığı, uzun ömür və elmi yaradıcılıq uğurları arzulayırıq. Ad günü mübarək olsun.

Hacıməmməd Məmmədov

“Qızıl qələm” mükafatı lauriatı

Veteran müəllim.


Zəhmətdən yoğrulan müəllimin ömrü!
Xəbər Lenti Giriş Populyar Reklam