Ukraynanın bu il idxal etdiyi xam neftin 78%-i Azərbaycanın payına düşüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ukraynanın bu il idxal etdiyi xam neftin 78%-i Azərbaycanın payına düşüb

Ukraynanın bu il idxal etdiyi xam neftin 78%-i Azərbaycanın payına düşüb

Müəllif: cavidan
//
12 Aralık 2019
//
//

Ukraynanın bu il idxal etdiyi xam neftin 78%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-noyabr ayları ərzində Ukrayna Azərbaycandan 297,9 mln. ABŞ dolları dəyərində neft idxal edib ki, bu da Ukraynanın ümumi xam neft idxalının 77,8%-nə bərabər olub.

Ümumilikdə, hesabat dövründə Ukrayna 382,7 mln. dollar dəyərində neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.

Neft idxalının həcminə gəldikdə isə, 2019-cu ilin yanvar-noyabr aylarında Ukrayna xam neft idxalının həcmini 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% artıraraq 745,9 min tona çatdırıb.//Apa.az
Xəbər Lenti Giriş Populyar Reklam