Dünyada istehsal edilən qida məhsullarının yarı faizi yeyilmir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dünyada istehsal edilən qida məhsullarının yarı faizi yeyilmir

Dünyada istehsal edilən qida məhsullarının yarı faizi yeyilmir

//
10 Ocak 2013
//
//

Dünyada istehsal edilən qida məhsullarının yarı faizi yeyilmir




Dünyada istehsal edilən ümumi qida məhsullarının 30-50 faizi yeyilmir. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə mərkəzi ofisi İngiltərədə yerləşən Maşın Mühəndisləri İnstitutunun hazırladığı hesabatda deyilir.

Hesabata görə, bunun əsas səbəbləri arasında məhsulların anbarlarda saxlanmasında yaranan problemlər, eləcə də istehsal tarixi ilə son istifadə tarixi arasında olduqca az müddətin göstərilməsidir.

Araşdırmaçıların bildirdiyinə görə, Avropa ölkələri və ABŞ-da satın alınan qida məhsullarının təqribən yarısı zibilliyə atılır. Hesabatda o da göstərilir ki, İngiltərədə yetişdirilən tərəvəzin 30 faizi sırf görünüşü bəyənilmədiyi üçün yığılmır.

Məlumata görə, dünya miqyasında ildə 4 milyard ton qida istehal edilir ki, bunun da 2 milyard tona yaxını yeyilmədən torpaqda qalır və ya zibilliyə atılır. Bunun nəticəsi olaraq, ildə 550 milyard kubmetr su kənd təsərrüfatı məhsulları üçün boş yerə axıdılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam