Ağsu aşırımı, Şamaxı-Pirqulu yolu bağlanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ağsu aşırımı, Şamaxı-Pirqulu yolu bağlanıb

Ağsu aşırımı, Şamaxı-Pirqulu yolu bağlanıb

Müəllif: Anar
//
10 Ocak 2013
//
//

Ağsu aşırımı, Şamaxı-Pirqulu yolu bağlanıb

Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı yolunun bəzi yerlərində hərəkət məhdudlaşıb, bir neçə nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Ağsu, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Bakı-Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Dünən axşam saatlarından başlayaraq həmin dağ rayonlarına yağan qar bu gün axşamadək davam edib.

Bu gün axşam saatlarından başlayaraq Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Şamaxı və Qəbələ şəhərlərində, eləcə də Bakı-Şamaxı yolunun Qobustan, Şamaxı və Ağsu rayonlarından keçən bəzi yerlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir çox ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşıb. Çox az sayda avtomobil bu yollarda hərəkət edir.

Bakıdan Ağsu şəhərinədək olan ərazidə, yəni Qobustanın Cəngi kəndi ərazisində, Şamaxının Muğanlı qəsəbəsindəki enişli-yoxuşlu yollarda və Ağsu aşırımında şinlərində zəncir olmayan 20-yə yaxın maşın buzlu yolda əlacsız qalıb, bəzi maşınlar sürüşərək yoldan kənara çıxıb.

Bu gün Qəbələ və Şamaxıda qarlı havada idarəetməni itirən 3 sürücü qəza törədib, 4 nəfər xəsarət alıb.

Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol buz bağlayıb. Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb. Şamaxı şəhərinin bəzi dağ kəndləri ilə əlaqəsi kəsilib. Bu rayonların aran hissəsinə 10 santimetr, dağlıq ərazisinə isə 15-20 santimetr hündürlüyündə qar yağıb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 25-30 santimetr qar yağıb.

Şamaxının Pirbəhli, Qızmeydan, Dəmirçilər, Zarat kəndləri istiqamətindəki yollarda qar və buz səbəbindən hərəkət məhdudlaşıb. Bütün yollarda nəqliyyatın hərəkətinin bərpa olunması üçün gün ərzində bir neçə dəfə duz və qum səpilsə də, hazırda aramsız yağan qar yolun açılmasına mane olur. Ötən gecə olduğu kimi bu gecə də yolların buz bağlayacağı bildirilir.

Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər.
Graceland 15 May 2016 05:04
Dude, one night before a race with my co-workers we did a full on pasta-party and games night. SO FUN. Usually (unless I go out and party anyway and consequently have to run hungover) I'm all by myself. This is a FABULOUS idea!!! I love the name too. Happy triihtlonang!

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam