Azərbaycanın bəzi yollarına qar yağıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanın bəzi yollarına qar yağıb

Azərbaycanın bəzi yollarına qar yağıb

Müəllif: Anar
//
10 Ocak 2013
//
//

Azərbaycanın bəzi yollarına qar yağıb

Azərbaycanın bir sıra rayonlarına qar yağır. “Azəryolservis” ASC-dən Lent.az-a bildirilib ki, Bakı-Qazax magistralının Gəncə-Qazax hissəsinə 5-10, Gəncə-Daşkəsən yoluna 20, Şəmkir Gədəbəy yoluna isə 20-25 santimetr qar düşüb. Həmin yollar cəmiyyətin texnikalarının köməyi ilə gecə saatlarından mühafizəyə götürülüb və yolun bağlanmasına, hərəkətin çətinləşməsinə səbəb ola biləcək hal yaranmayıb.

Bundan başqa Ələt-Astara, Bakı-Rusiya sərhədi, Şamaxı-İsmayıllı yolları da açıqdır. Həmin yollarda lazımı qədər texnika və digər materiallar toplanıb.

“Azəryolservis ASC” sürücülərdən nəqliyyat vasitələrinə qış iqlim normalarına uyğun vəziyyətə gətirmələrini xahiş edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam