Mətbuat Şurası AzTV-nin əməkdaşı ilə bağlı Rusiyaya müraciət etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Mətbuat Şurası AzTV-nin əməkdaşı ilə bağlı Rusiyaya müraciət etdi

Mətbuat Şurası AzTV-nin əməkdaşı ilə bağlı Rusiyaya müraciət etdi

Müəllif: lennon
//
04 Aralık 2019
//
//

Mətbuat Şurası AzTV-nin əməkdaşı ilə bağlı Rusiyaya müraciət etdi

Mətbuat Şurası Azərbaycan Televiziyasının Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.

Lent.az -ın məlumatına görə, müraciətdə bildirilir ki, Armavir şəhərində erməni terrorçusu, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyasının təşkil etdiyi legionda Sovet İttifaqına qarşı döyüşmüş Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb. "Kəskin etirazın nəticəsi olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin komputerini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb”, - müraciətdə qeyd edilib.

Müraciətdə eyni zamanda bildirilib ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub: "Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcə də dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcək. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam