"Lavrov bunu bərkitməyə gəlir” - Q. Çaxmaqlı Qarabağa Türkiyədən baxır... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Lavrov bunu bərkitməyə gəlir” - Q. Çaxmaqlı Qarabağa Türkiyədən baxır...

"Lavrov bunu bərkitməyə gəlir” - Q. Çaxmaqlı Qarabağa Türkiyədən baxır...

Müəllif: lennon
//
02 Aralık 2019
//
//

"Lavrov bunu bərkitməyə gəlir”  - Q. Çaxmaqlı Qarabağa Türkiyədən baxır...
Torpaqlarımızı işğaldan azad etmək üçün mümkün olmayanları belə etməliyik.

Politoloq, ermənişünas alim Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfəri ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa gedişinin üst-üstə düşməsinin səbəblərinə aydınlıq gətirib.



Q. Çaxmaqlı hesab edir ki, Qarabağla bağlı Rusiya istəsə də, təkbaşına qərar vermək haqqına sahib deyil:

“Lavrov 2020-ci il seçkilərindən sonra Rusiyanın bölgədə varlığını qorumaq üçün tədbirlərin nələrdən ibarət olmasını yerində araşdırmaq istəyir. Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı gəlişmələr hardasa “sürprizlər” olacağı düşüncəsi doğurmaqdadır. Lakin bu, aldadıcıdır. Çünki həm danışıqlar prosesinin, həm də iki ölkə arasında yaşanan qeyri-standart olayların nə isə bir yeni düzən gətirəcəyi inandırıcı deyil. Lavrovun Ermənistandakı bəyanatı, ondan fərqli olaraq Putinin Azərbaycan siyasətində alternativ görüş sərgiləməsi kulislər arxası proseslərin hələ durulmadığı qənaətini yaradır. Paşinyanın Dağlıq Qarabağa gəlişi və burada sərgilədiyi şıltaqlıqlar yeni deyil və onun Qarabağa gəlişi Azərbaycan üçün yeni heç nə demir. Ola bilər ki, bu onların özləri üçün bir siyasi gedişdir. Lavrov bunu bərkitməyə gəlir".

Q. Çaxmaqlı bildirir ki, Lavrovun Bakı səfəri ərəfəsində Paşinyanın Qarabağa getməsi təsadüf də ola bilər:

“Amma əsas məsələ Lavrovun gəlişinin nəyi dəyişməsidir. Rusiya son zamanlar həm Azərbaycanda keçiriləcək parlament seçkilərindən sonra, həm də 2020-ci il Dağlıq Qarabağ “seçki”lərinin nəticələri üçün bir strateji xətt müəyyən etmək istəyir. Rusiyanın məsələyə münasibəti, mövqeyi bəllidir. Amma dəyişikliklərdən sonra o mövqeyin itirilməsinə və yaxud hansısa geriləməyə uğramasına imkan verməmək üçün tədbirlər görmək istəyir. Çünki bilir ki, ən xırda dəyişikliklərdən belə Qarabağ məsələsində mövqe üstünlüyü əldə etmək istəyən rəqiblər var. Həm də ona beynəlxalq, açıq söyləsək Amerikanın təhdidləri mövcuddur. Ermənistanda hərbi bazası olan, Dağlıq Qarabağa gedib gəlmə, burada hökm etmə imkanı olan Rusiya mövqeyini elə də asanlıqla əldən verməz. Lavrov bunu bərkitməyə gəlir”.

Q. Çaxmaqlı bunun hansı şəkildə ediləcəyinə də aydınlıq gətirib:

“Hər halda biz Rusiyanın metodlarına öyrəşmişik. Onun başqa metodunun olmadığını bilirik. İndiki məqamda dünyada gedən proseslərin də Qarabağ məsələsinin sülh yolu ilə həllinə hansısa təsir imkanları sıfıra bərabərdir. Danışıqlar dalana dirənib, onu bu dalandan çıxarmaq üçün Ermənistana hər hansı şəkildə dərs verən güc yoxdur. Bu güc gələcəkdə Türkiyə ola bilər. Biz bu proseslərə Türkiyənin daha aktiv müdaxiləsi üçün imkanlar yaratmalıyıq. Doğrudur, Ermənistan danışıqlar prosesində Türkiyəni yaxın buraxmır. Amma bu durumu dəyişdirmək lazımdır. Mümkün olmayanı mümkün qılmaq ən böyük bacarıqdır”.
Xəbər Lenti Giriş Populyar Reklam