Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi açılacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi açılacaq

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi açılacaq

Müəllif: lennon
//
02 Aralık 2019
//
//

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi açılacaq

Dekabrın 20-dən 27-dək Muzey Mərkəzində Xalq rəssamı Kamil Nəcəfzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə açılacaq sərgidə rəssamım müxtəlif illərdə və janrlarda işlədiyi rəsmlər sərgilənəcək.

Sərgidə nümayiş olunacaq rəngkarlıq və qrafika əsərləri rəssamın ailə kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilib.

Qeyd edək ki, Kamil Nəcəfzadə Lənkəran şəhərində anadan olub. O, 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Kamil Nəcəfzadə 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda təhsilini tamamlamış və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi çalışmışdır. Kamil Nəcəfzadə 40-a yaxın filmin quruluşçu rəssamıdır.

O “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Səmt küləyi”, “Qaçaq Nəbi”, “Ad günü” filmlərinin quruluşçu rəssamı olub.

Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərib, H.Cavidin “Knyaz” (1964-cü il) və S.Vurğunun “Fərhad və Şirin” (1976) və s. əsərlərinə quruluş verib.

Rəssam səhnəqrafiya və kinofilmlərin bədii tərtibatı ilə yanaşı, rəngkarlıq və qrafika nümunələri də yaradıb. Belə əsərlərdən “Əmək adamları”, “İlk traktor”, “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında”, “Əli Zeynalov”, “İmran Qasımov”, “Mahmud Esembayev” adlarını qeyd etmək olar.

Kamil Nəcəfzadənin əsərləri Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya, Fransa, Kanada və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə edib.

Kamil Nəcəfzadə kino və rəngkarlıq sahəsindəki nailiyyətlərinə görə, yüksək fəxri adlar, orden və medallarla təltif olunub.

Rəssam 2011-ci il iyunun 29-da vəfat edib.
Xəbər Lenti Giriş Populyar Reklam