Əhaliyə güclü küləklə bağlı Xəbərdarlıq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əhaliyə güclü küləklə bağlı Xəbərdarlıq

Əhaliyə güclü küləklə bağlı Xəbərdarlıq

Müəllif: lennon
//
02 Aralık 2019
//
//

Əhaliyə güclü küləklə bağlı Xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi paytaxtda hökm sürən küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Xeberleragentliyi.com xəbər verir ki, müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:
"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".
Xəbər Lenti Giriş Populyar Reklam