Tramp Əfqanıstanda telefonsuz qaldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tramp Əfqanıstanda telefonsuz qaldı

Tramp Əfqanıstanda telefonsuz qaldı

Müəllif: lennon
//
30 Kasım 2019
//
//

Tramp Əfqanıstanda telefonsuz qaldı

ABŞ Prezidenti Donald Trampın Əfqanıstana səfəri zamanı üzərində mobil telefon olmayıb. Trampın tvitlərinin olmaması şübhə yaratmasın deyə, bir müddət onun əvəzindən köməkçiləri paylaşım ediblər.



Bu həftənin əvvəlində Amerika liderinin Florida ştatına səfər edib, ailəsi ilə birlikdə orada Şükranlıq gününü qeyd edəcəyi və paytaxta yalnız bazar ertəsi qayıdacağı güman edilirdi. Lakin cümə axşamı Tramp əvvəlcədən elan olunmadan Əfqanıstana səfər edib.

Nəşrin yazdığına görə, Tramp gizli şəkildə - hərbi nəqliyyat təyyarəsində Vaşinqton yaxınlığındakı "Andrews" aviabazasına uçub. Oradan isə başqa bir təyyarə ilə Əfqanıstana yola düşüb. Səfər ciddi məxfilik şəraitində keçib. Xüsusilə, prezidentlə birlikdə uçan hər kəsdən mobil telefon və siqnal yayan digər cihazlar götürülüb. Trampı səfərdə müşayiət edən jurnalistlərə Əfqanıstana çatana qədər hara uçmaları barədə məlumat verilməyib.
Xəbər Lenti Giriş Populyar Reklam