Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 28 yaşlı gənci "Makarov"la qətlə yetirdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 28 yaşlı gənci "Makarov"la qətlə yetirdi

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 28 yaşlı gənci "Makarov"la qətlə yetirdi

Müəllif: lennon
//
29 Kasım 2019
//
//

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 28 yaşlı gənci "Makarov"la qətlə yetirdi

Abşeronda qətl törədilib.

Lent.az -ın məlumatına görə, hadisə Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, Pirəkəşkül qəsəbəsində yerləşən “Avropa” kafesində baş verib. Şəxsi münasibətlər zəminində mübahisə düşüb və bu zaman 1984-cü il təvəllüdlü Gərayev Orxan Əmirxan oğlu üzərində olan “Makarov” tipli tapança ilə 1991-ci il təvəllüdlü paytaxt sakini Xəlilov Kamran Əli oğluna xəsarət yetirib. Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Baş verən qətllə əlaqədar hadisə yerinə baxış keçirilib, əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam