Məşhur azərbaycanlı yazıçı vəfat etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məşhur azərbaycanlı yazıçı vəfat etdi

Məşhur azərbaycanlı yazıçı vəfat etdi

Müəllif: lennon
//
28 Kasım 2019
//
//

Məşhur azərbaycanlı yazıçı vəfat etdi

Güney Azərbaycanın məşhur yazıçı, şair, tərcüməçi və araşdırmaçılarından olan ustad Əziz Möhsüni vəfat edib.

Kult.az xəbər verir ki, azərbaycanlı şair 95 yaşında Amerikada dünyasını dəyişib.
Qeyd edək ki, Ə. Möhsüni məşhur "Varlıq” dərgisinin yazıçılar şurasıın üzvü olub. O, mərhum Dr. Cavad Heyət və dərginin digər yazıçıları ilə uzun illər əməkdaşlıq edib.

Vətəndən uzaqda vəfat edən yazıçının türk dili və ədəbiyyatı, eləcə də Azərbaycan mədəniyyəti ilə bağlı bir neçə kitabı var. "Dinlə məni”, "Nisgillərim”, "Çay axır”, "Savalan” və "Azərbaycan ədəbiyyat tarixindən qızıl parçalar” kitabları mərhum şairin ən məşhur əsərləri sırasındadır.
Xəbər Lenti Giriş Populyar Reklam