Oqtay Gülalıyev palataya köçürüldü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Oqtay Gülalıyev palataya köçürüldü

Oqtay Gülalıyev palataya köçürüldü

Müəllif: lennon
//
27 Kasım 2019
//
//

Oqtay Gülalıyev palataya köçürüldü

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş yoxdur.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı onun oğlu Əli Gülalıyev yayıb.

“Atam Oktay Gülalıyev bu gün Amerikan xəstəxanasında palataya köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təəssüfki… Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər tədavi görürlər”,-deyə Əli Gülalıyev bildirib.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Xəbər Lenti Giriş Populyar Reklam