"Atam külqabını anamın başına elə çırpdı ki..." » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Atam külqabını anamın başına elə çırpdı ki..."

"Atam külqabını anamın başına elə çırpdı ki..."

Müəllif: lennon
//
25 Kasım 2019
//
//

"Atam külqabını anamın başına elə çırpdı ki..."

"Külqabını atam anamın başına çırpmışdı. Onu görəndə 5 yaşım var idi. Atam içki düşgünü idi. Ağlımız kəsəndən anamın dayandığı yerdə ürəyi gedirdi. Atama görə xəstəlik tapmışdı".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı "Ay Zaur" verilişində deyib. Sənətçi anasından, ona etdiyi qarğışdan danışıb. Bahar bildirib ki, 7-ci sinifdə intihara cəhd edib:

"İnternat məktəbində qalırdım. Qardaşımı lagerə apardılar. Evimizi, qardaşımı istəyirdim. Özümü pəncərədən atmaq istədim.

Anama bir dəfə dedim ki, yaxşı ana olsaydın, bizi kimsəsiz uşaqlar evinə qoymazdın. Mənə qarğış etdi ki, övlad üzünə həsrət qalasan. 14 il uşağım olmadı. Anama yalvardım ki, mənə dua et, uşağım olsun. Etdi, 2 ay sonra hamilə qaldım.

İnternatdan çıxmağa az qalmışdı. Nazpəri xanımı hər zaman izləyirdim. Deyirdim ki, gedib onu tapacam. Söyləyəcəm ki, sənin evində qulluqçu işləyim, məni müğənni et".

Bahar bütün gəlirini evə xərclədiyini söyləyib:

"Uşaqlarımın adına ev alıram. Bütün gəlirimə evlər alıb, yığmışam".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam