Gülər Əhmədova: " Oğlumu əsgərliyə yola saldıq" - AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gülər Əhmədova: " Oğlumu əsgərliyə yola saldıq" - AÇIQLAMA

Gülər Əhmədova: " Oğlumu əsgərliyə yola saldıq" - AÇIQLAMA

Müəllif: Kürsüm
//
09 Ocak 2013
//
//

Gülər Əhmədova: " Oğlumu əsgərliyə yola saldıq" - AÇIQLAMA
Keçmiş millət vəkili Gülər Əhmədovanın oğlu hərbi xidmətə aparılıb. Bu barədə APA-ya G. Əhmədova özü məlumat verib.



G. Əhmədovanın sözlərinə görə, oğlu Toğrul Əhmədov dünən hərbi xidmətə yola düşüb: “Hansı hərbi hissədə xidmət edəcəyini hələ bilmirik. Lakin əminəm ki, oğlum vətənə layiqincə xidmət edəcək”.

G. Əhmədova oğlunun əsgərliyə yola düşməzdən əvvəl atasına məktub yazdığını da bildirib: “Toğrulu hərbi xidmətə yola salıb evə qayıdanda masanın üstündə onun məktubunu gördük. Oğlum atasına yazıb: “Cənab zabit, Qarabağda müharibə başlasa, səni gözləyəcəm””.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü T. Əhmədov ABŞ-da təhsil alıb və təhsilini başa vurandan sonra bir müddət Maliyyə Nazirliyində çalışıb.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam