Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər...

Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər...

Müəllif: cavidan
//
13 Kasım 2019
//
//

Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər...
ABŞ Türkiyəsiz Rusiyaya qarşı formalaşdırdığı cəbhənin nəticəsiz qalacağından əmindir.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğanın ABŞ səfərinə münasibət bildirib.



Politoloq hesab edir ki, prezident Donald Trampla danışıqlar müsbət məcrada davam edəcək və razılaşma əldə olunacağı istisna deyil:

“Amma Konqresin buna mane olacağı şübhəsizdir. İlk növbədə ABŞ Rusiyadan alınan “S-400” Trimuf raketlərinin işə salınmamasını və Moskva ilə hərbi-texniki əməkdaşlığı dayandırmasını istəyəcək. Ankara bir müddət bu raketləri işə salmaya bilər. Türkiyə isə ABŞ-dan YPG terror təşkilatına dəstək verməməsini və əldə olunan razılaşmalara əməl edilməsini istəyəcək”.

Politoloq bildirib ki, hər iki dövlət arasında dərin uçurum yaransa da, tərəflərin anlaşması mümkündür:

“Ona görə də Ərdoğanı "Ağ ev"ə dəvət edib, ciddi danışıqlar aparırlar. İlk növbədə ABŞ güzəştə gedib, YPG terrorçularından dəstəyi çəkərsə, Türkiyə-ABŞ müttəfiqliyi yenidən real şəkildə davam edər. Problemlər aradan qalxar. Amma, ABŞ kürd kartından Türkiyəyə istifadəni davam etdirəcəyi təqdirdə, əldə olunan razılıqlar nəticəsiz olacaq. Bundan sonra isə Türkiyə-Rusiya əlaqələri inkişaf edəcək. ABŞ çalışır ki, Rusiyaya qarşı Qara dənizdə Ukrayna və Türkiyə ilə birgə koalisiya yaratsın. ABŞ Türkiyə əleyhinə siyasətinə son verərsə, Qara dənizdə plan reallaşa bilər”.

M. Əsədullazadə vurğulayıb ki, Türkiyənin əvvəlki illərdə olduğu kimi ABŞ-ın iradəsinə tabe olması əsas tələblər sırasındadır:

“ABŞ-da Türkiyə əleyhinə olan güclü yəhudi lobbisi və yevangelistlər rəsmi Ankaranın izolyasiyasını, Suriyada “kürd muxtariyyəti”nin yaradılmasını israrla tələb edirlər. Əks təqdirdə isə, rəsmi Ankaranı sanksiyalarla hədələyirlər”.

Politoloq qeyd edib ki, top ABŞ-ın meydanındadır:

“Bundan əlavə, Ərdoğan da sanksiyalardan dolayı narahatdır. Yaxınlaşan seçki öncəsi sanksiyalar Türkiyə iqtisadiyyatını iflic edə bilər. Bu da Ərdoğana qarşı formalaşan müxalifəti gücləndirə və seçkilərdə məğlub edə bilər. Ərdoğan da çalışacaq ki, Trampla razılaşsın, sanksiyalar tətbiq edilməsin. Təbii ki, ABŞ YPG-yə dəstəyi tam dayandırsa, proseslər yeni mərhələyə keçəcək. Regionda yeni dəyişikliklər ortaya çıxa bilər. ABŞ-ın buna gedəcəyini gözləmirəm. Çünki, Türkiyəsiz Yaxın Şərq planı var. Yaxın vədədə hər iki ölkə razılaşarsa, bu, uzaq perspektivi əhatə etməyəcək. ABŞ Suriyanın Şimal-Şərqində yeni Kürd muxtariyyətnin yaradılmasına çalışacaq”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam