ADPU-nun Quba Filialında görüş keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ADPU-nun Quba Filialında görüş keçirilib

ADPU-nun Quba Filialında görüş keçirilib

Müəllif: cavidan
//
13 Kasım 2019
//
//

ADPU-nun Quba Filialında görüş keçirilib


Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)Quba filialında görüş keçirilib.Görüşdə filialın direktoru dosent Yusif Alıyev, Şahdağ Milli Parkının Quba bölməsinin direktor müavini Aqşin Qurbanov, filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güləddin Həmzəyev iştirak edib.Görüşün əsas məqsədi haqqında danlşan filialın direktoru dosent Yusif Alıyev bildirib ki, ADPU Quba Filialı, Quba Destinasiya Mərkəzi, Şahdağ Milli Parkının Quba bölməsi klasterinin yaradılması, bu klasterin daxilində əməkdaşlığın aparılması əslində günün tələbidir.O vurğulayıb ki,Dayanlqlı İnkişaf- BMT-nin İnkişaf Proqramınln icrasına əsasən insan inkişafında nailiyyətlərin əldə olunması üçün bacarıqlar birləşdirilməlidir.Bu məqsədlə də əlimizdən gələni etməliyik. Hazırda eko-infoturların təşkili, ekoturizm imkanlarından səmərəli istifadə, bölgənin öyrənilməsi, Şahdağ ekosisteminin biomüxtəlifliyi haqqında məlumatların əldə edilməsinə tələbələrin cəlb olunması xüsusilə vacibdir.Y.Alıyev qeyd edib ki, tələbələr bölgənin öyrənilməsində, praktik çöl təcrübəsi aparmaqda maraqlıdırlar.Tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması zamanı Şahdağ Milli Parkının Quba bölməsinin imkanlarından istifadə etmək daha yararlı və yüksək nəticələr əldə etməyə imkan yaradacaqdır. Daha sonra bildirib ki, əməkdaşlığın həm də digər əsas məqsədi bölgənin turizm imkanlarından səmərəli istifadə edə biləcək, turizmin inkişafı üçün yararlı ola biləcək bələdçilərin hazırlanması, bu məqsədlə təlimlərin keçirilməsi və filialda bu yönümdə yeni ixtisasların açılmasıdır.
Dosent Y.Alıyevin fikirləri Aqşin Qurbanov və digərləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb,bildiriblər ki, bu məqsədlərin icrasından irəli gələn vəzifələrin həlli üçün hamı vacibdir.Çünki hamı Azərbaycanın gələcəyi üçün savadlı peşəkar kadrların yetişdirilməsində, dövlətimizin inkişafında əlindən gələni əsirgəməməli, maraqlı olmalıdır.

Cavidan Orucov


Xeberleragentliyi.com
ADPU-nun Quba Filialında görüş keçirilib
ADPU-nun Quba Filialında görüş keçirilib
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam