Güneyli məhbus jurnalist aclığı dayandırıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Güneyli məhbus jurnalist aclığı dayandırıb

Güneyli məhbus jurnalist aclığı dayandırıb

Müəllif: Kürsüm
//
09 yanvar 2013
//
//

Güneyli məhbus jurnalist aclığı dayandırıb

Onurğasındakı ağrılardan əziyyət çəkən başqa bir azərbaycanlı dustaq xəstəxanaya yerləşdirilib

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış azərbaycanlı jurnalist, hüquq müdafiəçisi Səid Mətinpur aclıq aksiyasını dayandırıb.

xeberleragentliyi.com-un Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, , S.Mətinpur onunla eyni kamerada saxlanılan və səhhəti ağır olduğu halda, tibbi yardım göstərilməyən digər azərbaycanlı fəala dəstək olmaq üçün yanvarın 5-dən aclıq aksiyasına başlamışdı. Ancaq ötən gün gecə saatlarında onurğa sütunundan əziyyət çəkən Rza Şəhabi İmam Xomeyni adına xəstəxanaya göndərilib. Ona müalicə alması üçün 5 gün icazə verilib.

Xatırladaq ki, İranda insan haqları müdafiəçisi təşkilatına, HRANA-ya istinadən məlumatına görə, S.Mətinpur zindandan yazdığı məktubunda bu haqda bildirmişdi.

Məhbus jurnalist onunla eyni kamerada saxlanılan başqa azərbaycanlı ictimai-fəala dəstək olmaq üçün aclıq aksiyasına başladığını yazmışdı: " İşçilərin hüquqlarının müdafiəsi üzrə azərbaycanlı fəal Rza Şəhabi həbs edilən zaman ağır işgəncələrə məruz qalıb. Nəticədə onun onurğa sütunu ciddi zədələnib.

R. Şəhabi müalicə olunması üçün dəfələrlə müraciət etsə də, hələ də xəstəxanaya göndərilməyib. Hazırda səhhəti ağır olan R.Şəhabinin müalicə almağa çox ehtiyacı var. Əks halda iflic ola bilər. Xəstəxanaya göndərilməməsinə etiraz olaraq, o, 20 gündür aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəala dəstək olmağı özümə mənəvi borc bildim və mən də yanvarın 5-dən aclıq aksiyasına başladım. Bunu hər bir azərbaycanlı edərdi”.

S.Mətinpur onu da yazıb ki, saxlanıldığı kamerada müalicəyə ehtiyacı olan başqa məhbuslar da var: " Mən 3 il yarımdır həbsdəyəm. Burada baş verən cinayətlərin içərisində yaşayıram. Mənimlə eyni kamerada qalmış 4 məhbus artıq edam edilib. Bir neçə nəfər isə vaxtında müalicə almadığı üçün ölüb. İndi də səhhəti ağır olan və tibbi yardım göstərilməyən bir neçə nəfər var. Rza Şəhabi də onlardan biridir”.

Qeyd edək ki, S. Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, «əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda» təqsirləndirilib.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı